Müəllimlərin maaşı azalacaq - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » Müəllimlərin maaşı azalacaq - VİDEO

Müəllimlərin maaşı azalacaq - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Ümumtəhsil məktəblərinin cari dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək. Tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi dayandırılacaq.

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Xəzər xəbər”ə bildirib ki, ilin yarısından tədris planında dəyişiklik edilməsini düzgün deyil: "Bildirir ki, bu həm də müəllimlərin dərs saatının azalması deməkdir və maaşlara təsir edəcək. Sözügedən kurs, adından da göründüyü kimi, şagirdlərə hansısa fənni yox, ümumilikdə hər sahəyə aid bilikləri öyrədir. Belə bir kursun ləğvi də düzgün deyil”.


Təhsil Nazirliyindən bildiriblər ki, dəyişikliyin məqsədi məktəblərdə təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.

 



Paylaş:


Müəllif : Baxış :
1310432
Tarix:
25-12-2016, 19:47
  






loading...