Alış-verişi internetdən etmək üçün 7 VACİB SƏBƏB » Qaynar xəbərlərin tək ünvanı

» » Alış-verişi internetdən etmək üçün 7 VACİB SƏBƏB

Alış-verişi internetdən etmək üçün 7 VACİB SƏBƏB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Alış-verişi internetdən etmək üçün 7 VACİB SƏBƏBBir çoxlarımız qiymətlərlə bağlı pis təcrübələr yaşamışıq. Məsələn, bir yerdən 50 AZN-ə aldığımız məhsulu iki addım o yanda 20-30 AZN-ə görəndə keçirdiyimiz hisslər bunlardan biridir. Əlbəttə, internetdə də sizin bu tip aldanmağınız mümkündür. Lakin çox az hallarda. Siz keyfiyyətli, etibarlılığına güvəndiyiniz saytlardan sifariş etdikdə, bir çox hallarda udmuş olursunuz. Bura Çinin keyfiyyətsiz məhsul satan saytları aid deyil.

Dolların bahalaşmasından sonra xaricdən məhsul almaq bizə ağıllı görünməsə də, Azərbaycanda da həmin məhsulların qiymətinin birə-beş artırıldığını düşünəndə bu seçimə üstünlük verməmək olmur.

Sizə internetdən alış-veriş etməyin niyə ağıllı seçim olduğunu punktlarla izah etməyə çalışacağıq.  Beləliklə, internetdən alış-veriş edənlər ona görə ağıllıdırlar ki:

1. Məhsul seçimi olduqca geniş və rəngarəngdir. Siz kateqoriyalara uyğun tərz, rəng, brend və sair punktları işarələməklə ağlınızda olan məhsulu tapa bilərsiniz.


2. Asanlıqla müxtəlif qiymətləri müqayisə edə bilirsiniz. Hər şey əlinizin altındadır. Təkcə alış-veriş etdiyiniz sayt daxilində deyil, digər saytlarla da qiymət müqayisəsi aparıb, qərara gələ bilərsiniz.


3. İstədiyiniz qiymət kateqoriyasına uyğun uğurlu alış-veriş edirsiniz. Büdcənizi müəyyənləşdirmək və seçimlərə daxil etmək kifayətdir ki, məhz o kateqoriyada olan məhsullar qarşınıza çıxsın.


4. Məhsulun sizə çatmasını bir müddət gözləməli olsanız da, əvvəlcədən planlaşdıraraq, həmin məhsulun istədiyiniz tarixdə sizə çatmasına nail ola bilirsiniz.


5. Daha sürətli seçim etmək imkanınız var. Saatlarla ticarət mərkəzlərini gəzərək vaxt itirmirsiniz. Çox vaxt bu gəzintilərin axırı da məyusluqla bitir. Çünki, adətən bizim mağazalarda eyni tərzli geyimlər satılır, texnika və digər şeylər isə olduqca bahadır.


6. Yaşadığınız yerdə satışda olmayan şeyləri də almaq mümkündür. Bu yeni çıxmış texnika və ya geyim ola bilər.


7. Endirimlər ilboyu olur, siz bəyəndiyiniz bir çox şeyi endirim kampaniyası çərçivəsində ala bilirsiniz. Hər saytın öz tətbiqi olduğu üçün, bu endirimləri izləmək də çox asandır.

pahoo.az

Paylaş:


Müəllif : Baxış :
42532
Tarix:
16-05-2016, 17:44
  


loading...