“YouTube”da ən çox baxılan Azərbaycan kanalları - SİYAHI » Qaynar xəbərlərin tək ünvanı

» » “YouTube”da ən çox baxılan Azərbaycan kanalları - SİYAHI

“YouTube”da ən çox baxılan Azərbaycan kanalları - SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"YouTube” dünyanın ən çox ziyarət edilən üçüncü saytı, ən populyar birinci videohostinqidir. Bu populyarlıq "YouTube”da video yerləşdirmək, baxmaq, paylaşmaq və şərh yazmağın asan olması ilə də bağlıdır. Dünyanın 1 nömrəli videohostinqində həm baxış sayına, həm də ümumi izləyici miqdarına görə ən populyar kanal "PewDiePie”dir. 2010-cu ilin aprel ayında 21 yaşlı isveçli videoblogger Feliks Çelberq tərəfindən yaradılan kanalın 35 milyon 818 min 574 nəfər izləyicisi var. Kanalın ümumi baxış sayı isə 8 milyard 300 milyondan çoxdur. Çelberqin qazandığı fenomenal uğurun səbəbi isə çox sadədir. Videoblogger "YouTube”dakı "PewDiePie” kanalına oynadığı videooyunlarda necə mərhələ keçdiyini göstərir və onlayn şəkildə öz izləyicilərindən də yardım istəyir. 

Bəs "YouTube”da azərbaycanlıların yaratdığı hansı kanal populyardı və daha çox izləyicisi var? Modern saytı "YouTube”da azərbaycanlılar tərəfdindən yaradılan, ən çox baxılan və ən çox izləyici sayı olan kanalların reytinq siyahısını təqdim edir. 

1. Azerbaijan
 Baku – 131455 daimi üzv
     
 "Youtube”-un Azərbaycan seqmentində ən çox baxılan kanal "Azerbaijan Baku” hesab olunur. Kanal 2011-ci il iyunun 7-də yaranıb. Hazırda "Azerbaijan Baku” kanalının 131 455 daimi izləyicisi, 76 milyon 301 min 371 baxış sayı var.

 https://www.youtube.com/user/AzerbaijanTV2011/featured

***

2. 
Hebib Muntezir – 59776 daimi üzv

Almaniyada yaşayan azərbaycanlı blogger Həbib Müntəzirin 2012-ci ildə "Youtube”da yaratdığı videokanal Azərbaycanda ən çox üzvü olan kanallardan biridir. 3 il ərzində kanalda yerləşdirilən 650-dən artıq videoya 31,430,650-dən artıq baxış qeydə alınıb. "Hebib Muntezir” kanalında əsasən mövcud ictimai-siyasi vəziyyətlə  bağlı videolar yerləşdirilir.

https://www.youtube.com/user/munteziri/videos

***

3. CeyhunM 145 – 55033 daimi izləyicisi var

2011-ci il fevralın 12-də qeydiyyatdan keçən kanal istər ümumi baxış sayına görə (50.249.977), istərsə də qeydiyyatdan keçmiş izləyicilərinin sayına görə (55.033) "YouTube”dakı ən populyar Azərbaycan kanalı hesab olunur. Kanalda ölkə televiziyasının bir çox verilişlərinin gündəlik videoversiyaları və yerli yumoristlərin Heydər Əliyev adına sarayda verdikləri konsert proqramlarının görüntüləri yerləşdirilir.

https://www.youtube.com/user/CEYHUNM145

***

4. "Bozbash Pictures” – 55009 daimi izləyicisi var

"Bozbash Pictures” kanalı 2013-cü il sentyabrın 21-də yaradılıb. Yumor kateqoriyasına malik kanalda adından da göründüyü kimi ATV telekanalında yayımlanan və yüksək reytinq toplamış "Bozbash Pictures” verilişinin buraxılışları yerləşdirilir. "Bozbash Pictures” kanalında cəmi 64 video yerləşdirilsə də, onların ümumi baxış sayı 2.469.650-ni keçib.      

https://www.youtube.com/user/bozbash2013

****

5. "MeyxanaGold” – 47803 daimi izləyicisi var

"YouTube”dakı ən populyar 3-cü kanal "MeyxanaGold” adlanır. 47.803 izləyicisi olan kanalda meyxanaçıların müxtəlif məkanlarda və məclislərdəki çıxışları yer alıb. 1000-dən artıq videonun 41.396.000 nəfər izləyici izləyib.

https://www.youtube.com/user/MeyxanaGold

***

6. "TheAngelineSmile” – 42596 daimi izləyicisi var

14 yaşlı bakılı qız Angelian Tigiyevanın "YouTube”dakı "TheAngelinaSmile” kanalı da azərbaycanlı internet istifadəçilərinin ən çox izlədiyi kanallaradan biridir. 42.596 nəfərin izləyici olduğu, 2.631.000 izlənmə sayı olan videolarda orta məktəb şagirdi olan Tigiyeva öz geyim seçimləri, məktəb həyatı və s. ilə bağlı şəxsi düşüncələrini rus dilində yerləşdirib.

https://www.youtube.com/user/TheAngelinaSmile

****

7. "AzadlıqRadiosu” – 39974 daimi izləyicisi var

"Azadlıq” Radiosunun Azərbaycan xidmətinin kanalı 2009-cu il mayın 25-də qeydiyyatdan keçib. 39.974 nəfər daimi izləyicisi olan kanalda yerləşdirilmiş 5379 videonun baxış sayı 21.222.400-dən çoxdur.

https://www.youtube.com/user/AzadliqRadiosu

***

8. "Baku Music Factory” – 39383 daimi izləyicisi var

Bu kanalda isə azərbaycanlı müğənnilərin mahnılarına çəkdiyi kliplər yerləşdirilib. 2010-cu il yanvarın 14-dən bəri kanalda 220 videoklip cəmləşib. Həmin videolar ümumlikdə 20.700.000  dəfədən çox izlənilib.

https://www.youtube.com/user/BakuMusicFactory

***

9. "PANTURTAL” – 24335 daimi izləyicisi var

"Pantural” adı ilə tanınan azərbaycanlı 3D rəssamı Tural Səfərov müxtəlif süjetlərtə qısa filmlər çəkir. Bu zaman kompüter bilikləri sayəsində həmin videolarda xüsusi effektlərdən istifadə edən PANTURAL azərbaycanlı internet istifadəçilərinin rəğbətini qazanıb. Onun "YouTube” portalında yerləşdirdiyi 42 videoçarx 7.200.000 dəfədən çox izlənilib.

https://www.youtube.com/user/PANTURAL

***

10. "Uzeyir Mehdizade Official” – 22629 daimi izləyicisi var

Yaradıclığı birmənalı qarşılanmayan gənc bəstəkar-müğənni Üzeyir Mehdizadənin "YouTube”dakı kanalı da populyarlar sırasındadır. 2012-ci il sentaybrın 13-də fəaliyyətə başlayan "Uzeyir Mehdizade Official” kanalında 62 video yerləşdirilib. Müğəninin konsertləri, klipləri və mahnılarından ibarət həmin videoların baxış sayı 15,2 milyondan çoxdur.     

https://www.youtube.com/user/uzeyirproduction

***

11. "Kanal Mixed” – 21711 daimi izləyicisi var

Daha çox əyləncə və qalmaqallı videoların yerləşdirilfiyi "Kanal Mixed” 2011-ci il fevralın 4-dən fəaliyyətdədir. Bu müddətdə kanaldakı 881 video 22,767 milyon dəfə izlənilib.

https://www.youtube.com/user/senaturk012

***

12. "Sevil Sevinc” – 20 595 daimi izləyicisi var

Müğənni və teleaparıcı kimi fəaliyyət göstərən Sevil və Sevinc bacılarının "YouTube”dakı kanalları 10-cu ən çox izləyicisi olan azərbaycanlı kanalıdı. Kanalda müğənnilərin videoları və yaradıcılıqları ilə bağlı görüntülər yerləşdirilir. 2012-ci il sentyabrın 25-də qeydə alınan kanalda 34 videoya 9,8 milyon dəfə baxılıb.

https://www.youtube.com/user/Mahoni671

***

13. "Meyxana HD” – 19 681 daimi izləyicisi var

2011-ci il aprelin 10-da qeydiyyatdan keçən "Meyxana DH” kanalı isə adından göründüyü kimi meyxana musiqisinə həsr olunub. Müxtəlif məclislərdə meyxanaçıların deyişmələrini əks etdirən 179 videoya 17.027.000 nəfərdən çox baxış var.  

https://www.youtube.com/user/MeyxanaHD

***

14. "Mehman Hüseynov” – 19647 daimi izləyicisi var

Videoblogger Mehman Hüseynovun "Youtube”dakı kanalı isə daha çox siyasi və sosial problemləri göstərən videosüjetlərdən ibarətdir. Bununla yanaşı, bloqçunun şəxsi fikirləri və bəzi yumoristik süjetlərdə kanalın videoları arasındadır. "Mehman Huseynov” kanalındakı 180 video 8.880 milyondan artıq baxış sayına malikdir.

https://www.youtube.com/user/HOSTEL19AZ

***

15. "Vor.Zakon” – 16 825 daimi izləyicisi var

2013-cü il martın 2-də yaradılıan "Vor.Zakon” videokanalı isə adından fərqli olaraq, kriminal xarakterli süjetlərə deyil, sevgi mövzusunda çəkilən kliplərin nümayişinə üstünlük verir. Ən populyar 13-cü "YouTube” kanalının 651 musiqi videosuna 19.034 milyon dəfə baxılıb.

https://www.youtube.com/user/ferhatproduction

***

16. "QARAQAN” – 15804 daimi izləyicisi var

Daha çox səhnə adı ilə tanınan reper Elxan Zeynallının (Qaraqan) "YouTube”dakı kanalı da azərbaycanlı internet istifadəçiləri arasında populyardır. 2011-ci il dekabrın 12-dən fəaliyyətə başlayan kanalda reperin yeni mahnıları, klipləri və çıxışları yer alıb. "QARAQAN” kanalındakı 39 video azı 2,495 milyon dəfə izlənilib.

https://www.youtube.com/user/Qaraqanmusic/featured



Paylaş:


Müəllif : Baxış :
67932
Tarix:
17-02-2016, 05:44
  


loading...