Heç bir xərc çəkmədən online pul qazanmağın – 7 YOLU » Qaynar xəbərlərin tək ünvanı

reklam
» » Heç bir xərc çəkmədən online pul qazanmağın – 7 YOLU

Heç bir xərc çəkmədən online pul qazanmağın – 7 YOLU


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Heç bir xərc çəkmədən online pul qazanmağın – 7 YOLU

 Mövcud şəraitdə bəzi insanlar əlavə gəlirə ehtiyac duyur, bəziləri isə ümumiyyətlə iş tapmaqda çətinlik çəkir və istənilən halda gəlirə ehtiyacı vardır. Bəzi insanlar isə ilkin kapitalının olmadığından şikayət edərək kəşf etdiyi hansısa ideyanı reallaşdıra bilmir. Maraqlı və güclü ideyalarınız varsa və yeniliklər kəşf etməkdə özünüzə inanırsızsa bunları heç bir ciddi vəsait xərcləmədən gəlirə çevirməyin bəzi yollarından danışacağıq. Bunun ən optimal yolu online pul qazanmaqdır. Bu, ilk baxışdan asan səslənsə də bir  o qədər də məsuliyyət və nəzakət tələb edən işdir. Heç vaxt alınmaz deməyin. Rəqabətin çox olmağından çəkinməyin, əksinə olaraq, rəqabətli mühitdə sağlam ideyalar həmişə uğur qazanmışdır. Sadəcə özünüzə və ideyalarınıza güvənirsizsə aşağıdakı açar vasitələrdən yararlana bilərsiniz.


1) Youtube kanal yaratmaqla pul qazanmaq

İlkin olaraq özünüzə g-mail hesab açırsız. Açdığınız hesab üzrə youtube kanalınızı yarada bilərsiz. Kanal yaratdıqdan və bütün texniki məsələlər  düzgün olduqdan sonra kanalınıza videolar yerləşdirirsiz. Bir neçə videodan sonra isə pul qazanmaq funksiyası işə düşəcəkdir. Bu isə bilavasitə sizin yerləşdirdiyiniz videolardan aslıdır. Belə ki, youtube üzrə əsas gəlir reklamlardan olur ki, sizin videolara bir neçə cür məsələn: youtube tərəfindən avtomatik reklamlar quraşdırılır və həmin reklama daxil olmuş istifadəçi reklam olan saytda bir müddət (təxminən) 1 dəqiqə qalarsa siz buna görə pul qazanmış olursuz. Həmçinin  video başlamamış 9-15 saniyəlik reklam videoları olurki, izləyici əgər bu reklam çarxına sona qədər baxmış olarsa siz avtomatik pul qazanmış olursuz. Nəticədə sizin Google Adsense hesabınıza pullar yığılmış olur. Onuda qeyd edək ki, youtube tərəfindən bəzi şərtlər varki, siz bunlara əməl etmək məcburiyyətindəsiz əks halda kanalınız cəzalana və yaxud bağlana bilər. Bu şərtlətin bəziləri ilə tanış olaq.


a)Paylaşdığınız videolar plagiat (oğurluq) olmasın. Orijinallıq vacibdir.

b)Öz videolarınızdakı reklamlara öz hesabınız ilə daxil olmayın. Bu ardıcıl baş verdikdə youtube bunu bilir və hesabınız cəzalana bilər.

c) Qeydiyyat keçdiyiniz zaman razılaşdığınız digər qaydalara maksimum əməl etməyə çalışın.

 

2 ) Online kurs- müəllim kimi fəaliyyət göstərmək.

Əgər özünüzdə hər hansı bir sahəni tədris edə biləcək qabiliyyəti görürsüzsə və yaxud real həyatda belə bir fəaliyyətiniz varsa bu sizə asanlıqla kömək ola bilər. Belə ki, müəyyyən bir kütlə içərisində keyfiyyət baxımından tanındıqdan sonra bu, sizin üçün o qədər də çətin olmayacaq. Nəticədə siz online skype vasitəsilə uşaq və yaxud böyüklərə hər hansı bir fənn və yaxud bacarığı tədris edə bilərsiz. Məsələn: Xarici dil tədrisi. Online tədrisin həm də özünəməxsus aşağıdakı üstünlükləri vardır :


a)Tədris qiyməti real kurslardan aşağı olur.

b)Tələbə üçün heçbir əlavə xərcə səbəb olmur (nəqliyyat, geyim və s :)

c)Hava şəraitindən asıllığın olmaması

d)Vaxta qənaət və rahatçılıq.

3) Mobil telefonlar üçün Apps və oyunlar yaratmaq


Mobil uygulamar müxtəlif sahələrə əyləncə, musiqi, təhsil və s. sahələrə aid olmaqla insanların müəyyən işlərinin asanlaşmasında mühüm rol oynayır. Siz sağlam apps yaratmaqla satışdan kifayət qədər gəlir əldə edə bilərsiz. Əlavə olaraq sadə appslar vasitəsilə də pul qazanmaq olar. Belə ki, bu programlarda siz google mobil reklamları yerləşdirməklə daxil olma sayına görə də pul qazana bilərsiz.

 

4) Online məkan

Siz alıcı və satıcı, həmçinin sifarişçi və xidmətlər üçün tövsiyyə mənbəyi ola bilərsiz. Belə ki, siz vasitəçilik yaratmaqla heçbir məsuliyyətiniz olmadan onları eyni bir məkanda (saytınız) qovuşdurmaqla həm onların işini asanlaşdıracaqsız, həm də gəlir əldə edəcəksiz. Saytınızda müxtəlif sahələr üzrə xidmət təklif edən şirkətlərlə əlaqəyə girərək onların iş və xidmətlərini istehlakçıya çatmasında yardımçı olacaqsız. Məsələn: Mən hər hansı bir ərazidə planlaşdırdığım qiymət aralığında xarici dil kursu axtarıram. Bunun üçün uzun araşdırmaya ehtiyac olmadan sayt vasitəsilə asanlıqla məlumat əldə edə bilərəm.Və yaxud yaxın ərazidə yemək xidmətləri təklif edən müəssisələrin qiymət və məhsulları ilə tanış olmaq istəyirəm və s. Sayt vasitəsilə qurulmuş hər əlaqə sizin gəliriniz deməkdir. Həmçinin reklam da sizin əlavə gəliriniz olacaqdır.

 

5) Öz blogunuzu yaradın

Əgər öz yazar qabiliyyətinizə güvənirsizsə, hər hansı bir sahə üzrə öz blogunuzu yarada bilərsiz. Kifayət qədər izləyici kütləniz yaranandan sonra blogunuzda reklamlar vasitəsilə gəlir əldə edə bilərsiz. Məsələn, Google Adsense reklamları və yaxud müxtəlif banerler və s.

 

6) Yaratdıqlarınızı online satın

Əgər qrafik və dizayn programlarını yaxşı bilirsizsə və fotoqraflıq qabiliyyətiniz varsa, ani kadrları tutmaqda mahirsizsə, öz işlərinizi sata bilərsiz. Həmçinin kiçik və ya gündəlik əşyalar üçün dizayn və marka yaratmaqla da gəlir əldə bilərsiz. Əlavə olaraq peşəkar gördüyünüz iş hansısa bir brend firmasının diqqətini də cəlb edə bilər. Çünki qeyd olunan saytlar əksər markalar tərəfindən izlənilir. Beləliklə, yaratdığınız bu tipli məhsulları www.cafepress.com, www.teespring.com kimi saytlarda sata bilərsiz. Bu zaman satılmış olan sizin markanız üçün vasitəçi şirkət tərəfindən mövcud hesabınıza pul yüklənəcəkdir.


7)  Sadə xidmətlər üzrə online gəlir

Siz sosial şəbəkələrdə bir səhifə yaratmaqla və yaxud bir sayt yaratmaqla öz sadə xidmətlərinizi insanlara təklif edə bilərsiz. Məsələn, Kurs və müdafiə işlərinin, referatların yazılması, hazır materialların kağız materialdan və ya kitablardan online formaya çevrilməsi və yaxud irihəcmli materialların yazılması, tərcümə xidmətləri və s. Bütün bunları hərkəs bacara bilər ancaq hərkəs bu işlərə eyni prizmadan yanaşmır. Digər işlərə olduğu kimi bu işədə məsuliyyət və ciddi yanaşmaqla daha çox sifariş əldə  edib ev şəraitində gəlirlərinizi artıra bilərsiniz. Xüsusilə evdar xanımlar, yaxud tələbə gənclər üçün yaxşı bir ideya ola bilər.

 
İbo Kafkaz /fins.az

Paylaş:


Müəllif : Baxış :
20832
Tarix:
23-12-2016, 15:30
  


loading...




loading...