Əfsanəvi boksçu Məhəmməd Əli vəfat etdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Əfsanəvi boksçu Məhəmməd Əli vəfat etdi

Əfsanəvi boksçu Məhəmməd Əli vəfat etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Əfsanəvi boksçu Məhəmməd Əli vəfat etdiƏfsanəvi amerikalı boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.
 
APA-nın məlumatına görə, bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.
 
Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
 
Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub. 

Paylaş:


Müəllif : Baxış :
37932
Tarix:
4-06-2016, 11:44
  


loading...