İranda "İnstagram" modelləri tutuldu » Qaynar xəbərlərin tək ünvanı

» » » İranda "İnstagram" modelləri tutuldu

İranda "İnstagram" modelləri tutuldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İranda "İnstagram" modelləri tutulduİranda "İnstagram" modelləri tutulub. APA TV-nin xəbərinə görə, bu barədə İran dövlət televiziyasında xəbər yayılıb.
 
Tehran Kiber Cinayətlər Məhkəməsinin sədri Cavad Babayi bildirib ki, tutulanlar "Hörümçək II" adlı iki ildir davam edən gizli əməliyyat çərçivəsində saxlanılıb. Əməliyyat internetdə hicabı olmadan fotolarını yayan şəxsləri hədəfə alıb. Ümumilikdə 59 fotoqraf, 58 model, 51 moda salonu sahibi olmaqla 170 şəxs və iki aktiv təşkilat aşkarlanıb.
 
Cavad Babayi deyib ki, İslama uyğun olmayan fotoların yayılması planlı şəkildə həyata keçirildiyinə görə məsələ məhkəmənin gündəminə gəlib. Əməliyyatda 8 nəfər tutulmaqla yanaşı, 21 nəfər haqqında iş açılıb.
 
İranda "Facebook", "Twitter" ve "Youtube"a daxil olmağa maneələr olsa da, "İnstagram"a rahatlıqla girmək mümkündür. Bu səbəbdən o İranda daha populyardır.
 
Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda qadınların başını bağlaması məcburidir.

Paylaş:


Müəllif : Baxış :
58332
Tarix:
16-05-2016, 22:19
  


loading...