Hindistanda qadının qarnından fil balası ağırlığında şiş götürülüb - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » Hindistanda qadının qarnından fil balası ağırlığında şiş götürülüb - FOTO

Hindistanda qadının qarnından fil balası ağırlığında şiş götürülüb - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Hindistanda qadının qarnından fil balası ağırlığında şiş götürülüb - FOTO

Hindistan həkimləri qeyri-adi əməliyyat keçiriblər. 45 yaşlı Devi Kamleşin qarın nahiyəsindən 97 kq-lıq şiş çıxarılıb.

 
 
Şişin çəkisi həkimləri şok edib. Onu çəkisi təxminən bir yeni doğulmuş fil balası və ya 28 körpənin çəkisinə bərabər olub.

Qadın beş ildir ki, bu şiş ilə yaşadığını bildirib. Ərinin müalicə üçün pulunun olmadığı barədə sözləri ucbatından ağrılar hətta dözülməz olduğu halda belə, həkimlərə müraciət etməyib.
 

Hindistanda qadının qarnından fil balası ağırlığında şiş götürülüb - FOTO

 

Altı ay bundan əvvəl Devinin həyat yoldaşı dünyasını dəyişib və o, həkimə müraciət etmək qərarına gəlib. Sən demə, daxilində gəzdirdiyi şişin çəkisi yeni doğulmuş fil balasının çəkisinə, yəni 100 kq-ya yaxındır.  


Həkim A.S.Yaqqi aztəminatlı insanların səhiyyə sisteminə çıxış ala biləcəkləri proqramı çərçivəsində qadını əməliyyat etməyə razılıq verib. Əməliyyat 3 saat çəkib və qadın sağ yumurtalığında böyüyən şiş kəsilərək götürülüb.


oxu.az


Paylaş:


Müəllif : Baxış :
39432
Tarix:
11-05-2016, 08:49
  






loading...