10 yaşlı uşaq "İnstagram"da səhv tapdı » Qaynar xəbərlərin tək ünvanı

» » » 10 yaşlı uşaq "İnstagram"da səhv tapdı

10 yaşlı uşaq "İnstagram"da səhv tapdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş 10 yaşlı uşaq "İnstagram"da səhv tapdı10 yaşındakı finlandiyalı bir uşaq video və foto paylaşım edilən "İnstagram” sosial şəbəkəsində sistem səhvi tapıb.

Jani adlı məktəbli "İnstagram"ın səhifəsində şərhləri silməyə imkan verən sistem səhvi tapıb.

"İnstagram"ın sahibi olan "Facebook" Janinin tapdığı sistem probleminin aradan qaldırıldı və bu tapıntısına görə uşağa 10 min dollar pul ödədilər.

Jani "Facebook"un indiyədək pul ödədiyi ən gənc insan kimi tarixə düşüb.

Tapdığı boşluğun köməyi ilə istənilən hesabdakı istənilən mesajı silə bilən Jani "Hər kəsi silə bilərdim, hətta Justin Bieberi belə" - deyə açıqlamasında bildirib.

Qeyd edək ki, proqramın fəaliyyətdə olduğu 5 il ərzində sistem səhvlərinin aşkarlanmasına görə "Facebook" 800 "haker"ə ümumilikdə 4,3 milyon dollar ödəyib. 
 
Atv.az\\

Paylaş:


Müəllif : Baxış :
56532
Tarix:
5-05-2016, 19:03
  


loading...