Saakaşvili də Qarabağ uğrunda döyüşlərdən danışdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Saakaşvili də Qarabağ uğrunda döyüşlərdən danışdı

Saakaşvili də Qarabağ uğrunda döyüşlərdən danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Saakaşvili də Qarabağ uğrunda döyüşlərdən danışdıGürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan gərginliklə bağlı bəyanat yayıb.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  facebook sosial şəbəkəsində bəyanatla çıxış edən Odessa qubernatoru baş verənlərdə Rusiyanı ittiham edib:

"Münaqişə indi nə Ermənistan, nə də Azərbaycan üçün sərfəlidir. Bu, daha çox Putinin Azərbaycan və Türkiyəyə qarşı təxribatına bənzəyir. Çünki Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşır. Rusiya çoxdan və intensiv olaraq hər iki tərəfi silahlandırır. Bu dövlət son illər təcili şəkildə sırf hərbi təyinat üçün Azərbaycana ən tez şəkildə müdaxiləni təmin edəcək Dağıstandan Gürcüstana yol çəkdi”,

Saakaşvilinin sözlərinə görə, belə bir situasiyada bütün liderlər ehtiyatlı davranmalı və dözümlülük nümayiş etdirməlidirlər.

Paylaş:


Müəllif : Baxış :
43932
Tarix:
3-04-2016, 12:04
  


loading...