ABŞ-dan Rusiyaya qorxulu xəbərdarlıq » Qaynar xəbərlərin tək ünvanı

» » » ABŞ-dan Rusiyaya qorxulu xəbərdarlıq

ABŞ-dan Rusiyaya qorxulu xəbərdarlıq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
ABŞ-dan Rusiyaya qorxulu xəbərdarlıqRusiyada çox yüksək terror riski var: potensial terror hücumları restoranlar, turizm obyektləri, nəqliyyat kimi ictimai yerlərdə törədilə bilər.
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarına Rusiyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 

Sputnik-in məlumatına görə, bu barədə diplomatik missiyanın mətbuat katibi Uilyam Stivens "RİA-Novosti"ya məlumat verib.

"Bizim səfirlik təhlükəsizliklə bağlı məlumatları ardıcıl olaraq bütün dünyadakı Amerika vətəndaşları ilə bölüşür" — deyə Stivens ildirib.

"Bu gün Moskvadakı ABŞ səfirliyi Dövlət Departamentinin Avropa, o cümlədən də Rusiya ərazisində terror təhlükəsinin ola biləcəyi barədə xəbərdarlığı ilə əlaqədar olaraq öz vətəndaşlarını məlumatlandırıb" — deyə Stivens bildirib. 
RİA Novosti-yə daxil olan xəbərdarlığın mətnində amerikalı vətəndaşlara "Rusiyada çox yüksək olan terror riski ilə əlaqədar sayıq olmaq" məsləhət görülür.

"Etibarlı mənbələr göstərir ki, terrorçular fəal şəkildə Avropaya hücuma hazırlaşırlar və bu hazırlıq Rusiyaya, xüsusilə də Moskvaya toxuna bilər. Potensial terror hücumları restoranlar, turizm obyektləri, nəqliyyat kimi ictimai yerlərdə törədilə bilər." — xəbərdarlıq məktubunda bildirilir.

Martın əvvəllərində Dövlət Departamenti xəbərdarlıq yaydı ki, İŞİD terror qruplaşması (Rusiyada qadağan olunub) Avropada terror aktları planlaşdırır. Ekstremistlərin əsas hədəfi böyük idman tədbirləri, teatrlar, bazarlar, aviaxidmətlər, nəqliyyat və ictimai yerlərdir. Terror aktları Yaxın Şərqlə yanaşı digər regionlarda da törədilir.

Paylaş:


Müəllif : Baxış :
24532
Tarix:
21-03-2016, 14:52
  






loading...