Seks videosunun yayılmasına qarşı - Aksiya » Qaynar xəbərlərin tək ünvanı

» » » Seks videosunun yayılmasına qarşı - Aksiya

Seks videosunun yayılmasına qarşı - Aksiya


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Seks videosunun yayılmasına qarşı - AksiyaGürcüstan paytaxtında insanların şəxsi həyatının izlənilməsinə etiraz edən vətəndaş sektorunun nümayəndələri aksiya keçiriblər.

Aymobi.com BBC-yə istinadən xəbər verir ki, mərkəzi prospektlə hökumət administrasiyası binasına doğru hərəkət edən yürüş iştirakçıları "Bizi eşidin – gizli şəkildə dinləməyin!”, "KGB üsulları ilə mübarizə qeyri-məqbuldur!” və "Məni başqalarının şəxsi həyatı maraqlandırmır!”, şüarlarını səsləndiriblər.

Aksiya tanınmış siyasətçinin sekslə məşğul olması barədə gizli çəkilmiş videogörüntünün internetə yerləşdirilməsi ilə bağlı siyasi qalmaqal fonunda keçir.

Geniş tənqid doğuran ilk klipin bloklanması ardınca peyda olmuş internet xəbərdarlığında yeni videoların göstəriləcəyi vəd edilmişdi.

Gürcüstan hökuməti hadisəni pisləyib. Baş nazir Georgi Kvirikaşvili onu "cəmiyyətin şantaj”ı adlandırıb.

Videolarla bağlı iki şəxsə ittihamın təqdim edildiyi bildirilir. Onlar təqsirkar olmadıqlarını deyirlər.

Paylaş:


Müəllif : Baxış :
34232
Tarix:
20-03-2016, 16:42
  


loading...