Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR » Qaynar xəbərlərin tək ünvanı

» » » Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR

Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLARSSRİ-nin ən uzunömürlü və qanlı diktatoru İosif Stalinin nəvəsi Kris Evans maraqlı xatirələri və xarici görünüşü ilə hər kəsi təəccübləndirib.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı jurnalist və bloqer Pavel Pryanikovun əlində avtomat olan qadının fotolarını paylaşması böyük maraq yaradıb.
 
"Bu, Stalinin ABŞ-ın şimal qərbindəki Portlend şəhərində yaşayan doğma nəvəsi, diktatorun qızı Svetlana Alliluyevanın övladı Kris Evansdır”, – deyə jurnalist bildirib. Məlum olub ki, diktatorun nəvəsi şəhərdəki kiçik antikvar mağazasının sahibidir.
 
"Apostrof” nəşrinin yaydığı məlumatda isə bildirilir ki, Stalinin 9 nəvəsi var. Kris Evans Stalinin ABŞ-a qaçmış yeganə övladı Svetlana Alliluyevanın qızıdır. Evans anasının ABŞ-a gəlməsindən danışıb. O bildirib ki, Svetlana Alliluyeva Nyu-Yorka 1967-ci ilin aprelində gəlib: "O, bura Roma (İtaliya) və İsveçrə vasitəsilə gələ bilib. Anam əvvəlcə Nyu Cersi ştatının Prinston şəhərinə üz tutub. O, buradakı universitetdə təhsil almağa başlayıb. Anam Prinstonda arxitektor Frenk Lloyd Raytın həyat yoldaşı olmuş rəfiqəsi, rəqqasə Olqanı tapıb. Bir neçə il əvvəl qızı Svetlananı avtomobil qəzasında itirmiş Olqa faciənin sarsıntısından özünə gəlməmişdi. O, elə düşünürdü ki, tanrı qızı, Svetlananı ona qaytarıb. Buna görə də anama öz qızı kimi baxırdı. Olqa dul qalmış kürəkənini - mənim gələcək atam Uilyam Uesli Pitersomun anamla toyunu keçirdi. Atam memar idi. Anam Lanoy Piters ad-soyadını qəbul etdi. 1978-ci ildə ABŞ vətəndaşı oldu. Sovet İttifaqının ağır atmosferini unuda bilməyən anam bizimlə Nyu Cersi ştatının Penninqton şəhərinə köçdü”.
 
Stalinin nəvəsi 16 yaşında yaxın dostuna ərə getdikdə Piters soyadından imtina edir: "Atamın ölümündən bir qədər sonra, 1991-ci ildə Viskonsinə gələrək Asiya mallarının idxalı ilə məşğul olmağa başladım. Anam isə bu illər ərzində əvvəlcə Londonda, sonra isə Kornuolda yaşadı. O, katolik dinini qəbul etdi. Mən isə buddizmə qayıtdım”.
 
Kris Evans həmçinin əlavə edib ki, o, uşaq yaşlarında babasının tiran olduğunu bilmirmiş: "Mən atamın diktator olmasından məlumatsız idim. Babam mənimçün sadəcə İkinci Dünya Müharibəsində aparıcı rol oynamış üç liderin – Çörçilin, Ruzveltin və Stalinin birgə fotosundakı şəxslərdən biri idi. Bir dəfə anam məndən ona diqqətlə qulaq asmağı xahiş etdi. Və atası haqqında danışmağa başladı. Mən yalnız onda babamın cinayətlərindən xəbərdar oldum”.
 

Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR

 

Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR

 

Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR

 

Stalinin nəvəsi danışdı: maraqlı faktlar - FOTOLAR


Paylaş:


Müəllif : Baxış :
26432
Tarix:
16-03-2016, 11:31
  






loading...