Ermənistan bahalaşma ilə bağlı Rusiyanı ittiham edir » Qaynar xəbərlərin tək ünvanı

» » » Ermənistan bahalaşma ilə bağlı Rusiyanı ittiham edir

Ermənistan bahalaşma ilə bağlı Rusiyanı ittiham edir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Ermənistan bahalaşma ilə bağlı Rusiyanı ittiham edirErmənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiya Federasiyasının Antiinhisar Xidmətinə təqdim edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tən gün Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib.   
 
"Cənub-Qafqaz Dəmir Yolu (CQDY) üstün mövqeyindən sui-istifadə edərək, yükdaşımaların tariflərini artırıb. Cənub-Qafqaz Dəmir Yolu bu qərarı 9 mlrd dram (18 mln dollar) ziyan çəkməsi ilə əlaqələndirib”, - deyə Şaboyan qeyd edib.
 
Şaboyan satınalmalar və xərclərin hesablanmasında bundan əvvəl də pozuntuların aşkarlandığını diqqətə çatdırıb.  
 
Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası hesab edir ki,  CQDY inzibati və digər xərcləri əlavə etməklə sərmayələrin həcmini süni şəkildə artırır. Bundan başqa, komissiya Rusiya Dəmir Yollarının törəmə şirkətini  Ermənistanın dövlət satınalmaları haqqında qanuna əməl etməməkdə və əksər hallarda saxta tenderlər təşkil etməkdə ittiham edib.
 
Bu hallar barədə dövlət komissiyası hələ 2015-ci ilin payızında məlumat vermişdi. Rusiya Federasiyasının Antiinhisar Xidmətinin o zamankı rəhbəri İqor Artemyev materialları nəzərdən keçirəcəyini və öz  istintaqının aparacağını vəd etmişdi.      
 
Qeyd edək ki, Cənub-Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə şirkəti olaraq,  Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir.  

Paylaş:


Müəllif : Baxış :
22232
Tarix:
16-03-2016, 05:36
  






loading...