Türk pilotlar PKK-ya atılan bombaların üzərinə bu sözləri yazdılar » Qaynar xəbərlərin tək ünvanı

» » » Türk pilotlar PKK-ya atılan bombaların üzərinə bu sözləri yazdılar

Türk pilotlar PKK-ya atılan bombaların üzərinə bu sözləri yazdılar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Martın 13-də Ankarada törədilən qanlı terror aktından sonra Türkiyə Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Qəndildə PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
 
Publika.az xəbər verir ki, əməliyyat zamanı türk döyüş təyyarələri PKK terrorçularının üzərinə bombalar yağdırıb.
 
Pilotsuz uçan aparatlar vasitəsilə aşkar edilən PKK düşərgələri 9 ədəd "F-16” və 2 ədəd "F-4E 2020” tipli döyüş təyyarələri ilə vurulub. Döyüş təyyarələrinə yüklənən bombaların üzərində martın 13-də Ankarada törədilən qanlı terror aktına görə terrorçulara "Qınamırıq, vururuq” və "Ankara şəhidlərimiz adına” kimi yazılı mesaj da göndərilib.
 
Hava əməliyyatı nəticəsində PKK terror təşkilatının silah-sursat anbarları, yeraltı və yerüstü sığınacaqları yerlə-yeksan edilib.
 

Türk pilotlar PKK-ya atılan bombaların üzərinə bu sözləri yazdılar

 



Paylaş:


Müəllif : Baxış :
37332
Tarix:
15-03-2016, 06:50
  


loading...