Bir gündə ikinci təyyarə qəzası - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » Bir gündə ikinci təyyarə qəzası - FOTO

Bir gündə ikinci təyyarə qəzası - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bir gündə ikinci təyyarə qəzası - FOTONepalda daha bir təyyarə qəzası baş verib. Anspress-in məlumatına görə, ölkənin dağlıq bölgəsində bu gün səhər saatlarında 11 sərnişin daşıyan təyyarə texniki problemlər səbəbindən qəzaya uğrayıb.

Verilən məlumatlara görə, məcburi eniş etməyə çalışan kiçik təyyarə yerə çırpılıb. İlkin məlumata görə, xilasedicilər hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib. Qalan sərnişinlərin xilas edilməsi üçün hadisə yerinə təcili yardım helikopteri cəlb edilib.

Fevralın 24-də Nepalda Tara Hava yolları şirkətinə məxsus Pokhara-Comsom səfərini həyata keçirən 21 nəfərlik sərnişin təyyarəsi qatı duman səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 18 sərnişin və 3 ekipaj üzvündən heç kim sağ qalmayıb.

Təyyarə havaya qalxandan 10 dəqiqə sonra onunla  əlaqə kəsilib. Bir qədər sonra onun Nepal dağlarında qəzaya uğradığı məlum olub.
 

Bir gündə ikinci təyyarə qəzası - FOTO

 



Paylaş:


Müəllif : Baxış :
35932
Tarix:
26-02-2016, 13:41
  


loading...