İŞİD uşaqlara baş kəsmək dərsləri keçir » Qaynar xəbərlərin tək ünvanı

» » » İŞİD uşaqlara baş kəsmək dərsləri keçir

İŞİD uşaqlara baş kəsmək dərsləri keçir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İŞİD uşaqlara baş kəsmək dərsləri keçir  "Yaxşı baxın! Taquta xidmət edən, Allaha şəkk edən, şirk və haramla məşğul olanların başlarını bədənlərindən elə ayırmaq lazımdır".

Bu sözlər deyiləndən sonra əsgər Əbdülnəbi Şurqavinin başını bədənindən ayırırlar.

Onun başını kəsən "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Liviyadakı bölməsinin mənsublarından biridir.

Milli.Az CNBS-ə istinadən bildirir ki, olay Liviyada, İŞİD-in ələ keçirdiyi Derna şəhərində yaşanıb.
İŞİD terrorçuları uşaqlara əsir və girovların edamları ilə bağlı dərslər keçirlər.

Ən dəhşətlisi də odur ki, liman şəhəri Dernanın meydanlarından birinə yığışmış bu uşaqlar liviyalı əsgərin başının bədənindən ayrılmasını sakitliklə, soyuqqanlılıqla müşahidə ediblər.

Hətta uşaqlar arasında sevinənlər, gülənlər də az olmayıb.

Liviyanın Tobruk, Derna və Sirt şəhərlərində İŞİD uşaqlarla yeniyetmələr üçün "təlim" düşərgələri yaradıb.
Paylaş:


Müəllif : Baxış :
48632
Tarix:
5-06-2015, 12:38
  


loading...