Mark Zukerberq "WhatsApp"-dan danışdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Mark Zukerberq "WhatsApp"-dan danışdı

Mark Zukerberq "WhatsApp"-dan danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Mark Zukerberq "WhatsApp"-dan danışdı"WhatsApp" istifadəçilərinin sayı 1 milyardı ötüb.

APA xəbər verir ki, bunu "Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.
 
O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində "WhatsApp" messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.
 
Onun sözlərinə görə, "WhatsApp"-ın "Facebook" strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.
 
"Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır", deyə M.Zukerberq vurğulayıb.
 
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsi "WhatsApp"-ı 2014-cü ildə 19 milyard dollara alıb.

Paylaş:


Müəllif : Baxış :
33532
Tarix:
2-02-2016, 05:15
  


loading...