Baş nazirdən "edam" AÇIQLAMASI » Qaynar xəbərlərin tək ünvanı

» » » Baş nazirdən "edam" AÇIQLAMASI

Baş nazirdən "edam" AÇIQLAMASI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Baş nazirdən "edam" AÇIQLAMASI

Bizimyol.info xəbər verir ki, "edam istəyərik" şüarlarını səsləndirən vətəndaşlara baş nazir cavab verdi. 


"Mesajınızı aldıq. Lazımi tədbirlər görüləcək. Bunlar türk millətini yaxşı tanımırlar. Bunlar ağıllarını satmış alçaqlardır. Bu millət nə qədər çətinlikləri aşa-aşa gəlib. Hamınızın alnından öpürəm. İstiqlal uğrunda, gələcək uğrunda, ölkəmizin davamlılığı uğrunda tankların təpəsinə çıxan əsgərlərin sinəsinə yumruğuyla "dur" deyən bu qürurlu millətin övladlarının hamısının gözlərindən, alnından öpürəm " deyə Binali Yıldırım bildirib.


Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında da "ölkədə edam cəzasının bərpa olunması mümkündürmü?” sualına cavab verib. Qafqazinfo xəbər verir ki, Baş nazir bu və digər məsələlərlə bağlı müzakirələrin getdiyini vurğulayıb:


"Çevrilişə cəhdlə bağlı əməliyyatlar tamamlanmayıb. Hər halda edilən cinayətin cəzası hüquq sistemində yetərincə açıq və dəqiq göstərilib. Bildiyimiz kimi, edam cəzası Türkiyə qanunvericiliyindən çıxarılıb. Bu gün Türkiyə Böyük Millət Məclisi ölkənin belə çaşqınlıqlarla üz-üzə qalmaması üçün bütün işləri görəcək. Ölüm cəzasının bərpa olunması məsələsinə də baxıla bilər. Digər partiya rəhbərləri ilə danışıqlar aparılacaq”.


Paylaş:


Müəllif : Baxış :
47332
Tarix:
16-07-2016, 23:25
  


loading...