Sabah hava necə olacaq? » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabah hava necə olacaq?Mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, mayın 20-də havanın temperaturunun 4-7 dərəcə aşağı enəcəyi gözlənilir.
 
Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mayın 20-də temperatur 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
 
Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aymobi.com-a verilən məlumata görə, havanın temperaturu gecə 14-16, gündüz 24-29, Bakıda gecə 14-16 dərəcə, gündüz 26-28 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında havanın əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu Aran rayonlarında gecə 14-18, gündüz  27-32, dağlıq rayonlarda gecə  8-13, gündüz  16-21 dərəcə isti olacaq.
 
Tibbi xəbərdarlığa gəlincə isə, mayın 19-ü günün ikinci yarısından 21-dək Abşeron yarımadasında atmosfer təzyiqinin yüksələcəyi, güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 
 

Paylaş:


Müəllif : Baxış :
33332
Tarix:
18-05-2016, 13:01
  


loading...