Sabahın bölgələrdə və paytaxda hava proqnozu » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabahın bölgələrdə və paytaxda hava proqnozu

Sabahın bölgələrdə və paytaxda hava proqnozu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabahın   bölgələrdə və paytaxda hava proqnozuMayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq, Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 14-19° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq və Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Azərtac

Paylaş:


Müəllif : Baxış :
36232
Tarix:
10-05-2016, 00:20
  


loading...