Sabah bölgələrdə və paytaxda hava proqnozu » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabah bölgələrdə və paytaxda hava proqnozu

Sabah bölgələrdə və paytaxda hava proqnozu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabah bölgələrdə və paytaxda  hava proqnozuMayın 6-da Bakıda və Abşeron yarımadasında gözlənilən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Mayın 6-dan 8-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Azərtac

Paylaş:


Müəllif : Baxış :
49432
Tarix:
5-05-2016, 22:34
  


loading...