Sabah hava dəyişkən buludlu olacağ » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabah hava dəyişkən buludlu olacağ

Sabah hava dəyişkən buludlu olacağ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabah hava dəyişkən buludlu olacağAprelin 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-16, gündüz 18-20 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Paylaş:


Müəllif : Baxış :
24332
Tarix:
28-04-2016, 09:01
  


loading...