Sabaha olan hava » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabaha olan hava

Sabaha olan hava


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabaha olan hava Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Aymobi.com "Qafqazinfo”ya istinadən verilən məlumatına görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Paylaş:


Müəllif : Baxış :
28432
Tarix:
23-04-2016, 10:06
  


loading...