Sabahın hava proqnozu » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabahın hava proqnozu

Sabahın hava proqnozu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabahın hava proqnozuAprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-16° isti təşkil edəcək.

Aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, ayın 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9° isti, gündüz 14-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-10° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 2-7° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° isti, gündüz 14-19° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında səhər bəzi yerlərdə çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Gecə 10-13° isti, gündüz 14-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Azərtac

Paylaş:


Müəllif : Baxış :
28532
Tarix:
21-04-2016, 19:15
  


loading...