Hava xəbəri » Qaynar xəbərlərin tək ünvanı

» » » Hava xəbəri

Hava xəbəri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Hava xəbəriAprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 10-13, gündüz 18-23 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18  dərəcə isti olacaq.

Paylaş:


Müəllif : Baxış :
23732
Tarix:
18-04-2016, 08:22
  


loading...