Sabahın HAVA PROQNOZU » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabahın HAVA PROQNOZUAprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 2-də arabir güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5°isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
49332
Tarix:
1-04-2016, 16:20
  


loading...