Sabah 19 dərəcə isti olacaq » Qaynar xəbərlərin tək ünvanı

» » » Sabah 19 dərəcə isti olacaq

Sabah 19 dərəcə isti olacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Sabah 19 dərəcə isti olacaqAprelin 2-nə hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isı aprelin 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 02-03-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 2-də arabir güclənən gilavar küləyinin 03-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Paylaş:


Müəllif : Baxış :
30732
Tarix:
1-04-2016, 09:50
  


loading...