İyunun 5-nə olan HAVA PROQNOZU » Qaynar xəbərlərin tək ünvanı

» » » İyunun 5-nə olan HAVA PROQNOZU

İyunun 5-nə olan HAVA PROQNOZU


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 5-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə şişmək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.
Paylaş:


Müəllif : Baxış :
31532
Tarix:
4-06-2015, 15:21
  






loading...