Yağış, dolu, daşqın gözlənilir - XƏBƏRDARLIQ » Qaynar xəbərlərin tək ünvanı

» » » Yağış, dolu, daşqın gözlənilir - XƏBƏRDARLIQ

Yağış, dolu, daşqın gözlənilir - XƏBƏRDARLIQ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yağış, dolu, daşqın gözlənilir - XƏBƏRDARLIQ

 Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

 

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mülayim  şimal-qərb küləyi arabir güclənəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

 

Mayın 15-i axşamdan 16-sı səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

 

Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.


Paylaş:


Müəllif : Baxış :
84532
Tarix:
15-05-2017, 16:44
  


loading...