Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək » Qaynar xəbərlərin tək ünvanı

» » » Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək

Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək

 Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  25-29° isti,Bakıda gecə  20-22° isti, gündüz  25-27° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 763  mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.               

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Baxış :
42132
Tarix:
10-09-2016, 14:54
  


loading...