Dolu, yağış, külək - SABAHIN HAVASI » Qaynar xəbərlərin tək ünvanı

» » » Dolu, yağış, külək - SABAHIN HAVASI

Dolu, yağış, külək - SABAHIN HAVASI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dolu, yağış, külək - SABAHIN HAVASI

 

Paytaxtda və respublika ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

AyMobi.Com Trend-ə istinadən bildirir ki, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında, əsəsən, yağmursuz keçəcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 7 də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş:


Müəllif : Baxış :
46932
Tarix:
6-07-2016, 14:33
  


loading...