"Facebook" intiharın qarşısını alacaq - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » "Facebook" intiharın qarşısını alacaq - FOTO

"Facebook" intiharın qarşısını alacaq - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Facebook" intiharın qarşısını alacaq - FOTO"Facebook" sosial şəbəkəsi intihar cəhdlərinin qarşısını almaq üçün yeni funksiya işə salacaq. Anspress-in məlumatına görə, bu barədə "The New York Times" nəşri xəbər verib.

Hər hansı istifadəçi öz səhifəsindən intihar edəcəyi barədə paylaşım, yaxud da buna işarə edən status yazarsa, "Facebook" bu funksiya vasitəsi ilə həmin şəxsi axtararaq intihar fikrindən yayındırmağa çalışacaq. İstifadəçilər bir klik edərək qaynar xəttə zəng vura, yaxud da problemi özləri həll edə bilərlər. 

Qeyd olunur ki, intihar mesajları moderatorlarla tez bir şəkildə izlənilərək yoxlanılacaq. Eləcə də funksiya sutka ərzində fəaliyyət göstərəcək. Bu yenilik artıq ingilis dilli seqmentdə sınaqdan keçirilib. Tezliklə digər dillərdə də bu yenilik fəaliyyətə başalayacaq.
 

"Facebook" intiharın qarşısını alacaq - FOTO


Paylaş:


Müəllif : Baxış :
37932
Tarix:
15-06-2016, 17:54
  


loading...