Sosial şəbəkə istifadəçilərinin başı dərddə » Qaynar xəbərlərin tək ünvanı

» » » Sosial şəbəkə istifadəçilərinin başı dərddə

Sosial şəbəkə istifadəçilərinin başı dərddə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
"VKontakte"-nin yüz milyondan artıq istifadəçisinin şəxsi məlumatlarının hakerlər tərəfindən oğurlanması sosial şəbəkələrdə yeni müzakirələrə yol açıb: kimdir günahkar?

100 milyondan artıq "VKontakte" istifadəçisinin şəxsi məlumatları qeyri-rəsmi satışa çıxarılıb. Bu haqda "Motherboard" profil portalı xəbər verib.

Özünü "Peace" adlandıran haker bildirib ki, satışa çıxarılanlardan başqa onda daha 71 milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatları var. 2011-2013-cü illərdə oğurlanan ad və soyadlar, elektron poçt ünvanları, telefon nömrələri də kibercinayətkarın əlinə keçib.

Bu məlumatların sonradan istifadəçilərin əleyninə istifadə olunacğı da istisna edilmir. Bəs burada məsuliyyət hansı tərəfin üzərinə düşür?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik-ə açıqlamasında bildirib ki, istifadəçilər internet resursun şərtlərinə əməl etməyə özləri razılıq verir: "Şəxsi məlumatların oğurlanması, qeyri-qanuni yolla əldə olunması arzuolunan deyil. Bu, istifadəçilər üçün müəyyən narahatçılıq və təhlükələr yarada bilir. Resurs haradadırsa, bu, həmin yerin qanunvericiliyi ilə tənzimlənə bilir".

"Amma qlobal resursdursa və hər bir istifadəçi də ondan istifadə edirsə, burada istifadəçi razılıq verir ki, resursun şərtlərinə əməl etsin. Orada hansı səviyyədə təhlükəsizlik qaydalarından istifadə olunmalı olduğu, hansı məlumatların yerləşdirilə bilməsi və digər məlumatlar qeyd edilir", — O. Gündüz bildirib.

"VKontakte" sosial şəbəkəsində məlumatları oğurlanan şəxslərin 700 mindən çoxu öz hesablarında parol kimi 123456, 400 mindən artıq şəxs isə 123456789 rəqəmlərini qeyd edib. 300 min istifadəçi öz hesablarına parol kimi sadəcə "QWERTY" yazıb.

Oğurlanan istifadəçi hesablarının 2 milyona yaxını rəqəm ardıcılıqlarından istifadə edib, 200 min nəfər isə "111111" rəqəmindən istifadə edib. 222222, 555555, 666666, 777777, 999999, eləcə də 123321, 654321 kimi sadə rəqəm yığımları da istifadəçilər arasında populyardır. Şifrə kimi qeyd olunan ən populyar sözlər isə "marina" və "samsung" olub.

O. Gündüzün sözlərinə görə, asan şifrələrdən istifadə etmək düzgün deyil. Aparılan statistika göstərir ki, istifadəçilər daha çox asan şifrələrdən istifadə edirlər: "Bu, düzgün deyil. Elementar təhlükəsizlik qaydası deyəndə də birinci şərt odur ki, güvənli şifrədən istifadə olunmalıdır. İstənilən bir resursdan bu cür informasiyaların əldə olunması resursun imicinə, populyarlığına və gələcək fəaliyyətinə də ciddi təsir edir". 

"Əgər belə bir hadisə baş veribsə, bu, resursun özünə ciddi zərbədir. Düşünürəm ki, bu, onun gələcək fəaliyyətinə də müəyyən dərəcədə təsir göstərəcək. Amma istənilən halda istifadəçilər həmişə bu sahədə ehtiyatlı olmalıdırlar", — mütəxəssis vurğulayıb.

Qeyd edək ki, "VKontakte" sosial şəbəkəsinin orta gündəlik auditoriyasi 65 milyon istifadəçi təşkil edir.

sputnik.az

Paylaş:


Müəllif : Baxış :
41732
Tarix:
7-06-2016, 11:03
  






loading...