"WhatsApp"dan yenilik: Telefona ehtiyac qalmadı » Qaynar xəbərlərin tək ünvanı

» » » "WhatsApp"dan yenilik: Telefona ehtiyac qalmadı

"WhatsApp"dan yenilik: Telefona ehtiyac qalmadı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "WhatsApp"dan yenilik: Telefona ehtiyac qalmadıBu gündən etibarən "WhatsApp" istifadəçiləri kompüter vasitəsilə də mesencerdən faydalana biləcəklər.

Bundan sonra kompüterləri "Windows" və "MAC" əməliyyat sistemləri çalışan istifadəçilər mesencerin tətbiqini yükləməklə ondan yaralana biləcəklər. 
Bunun üçün whatsapp.com saytına daxil olaraq müvafiq proqramı yükləmək lazımdır. 

Qeyd edək ki, 15 ay əvvəl də istifadəçilər kompüterdə "WhatsApp"dan yararlana bilərdilər. Bunun üçün istifadəçi web.whatsapp.com saytına daxil olmalı idi. Daha sonra istifadəçi telefonda quraşdırılan "WhatsApp"a daxil olaraq "Menyu - WhatsApp Web" səhifəsinə daxil olurdu. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə "Whatsapp"dan yararlana bilərdilər. 

Dünyada ən çox istifadəçiyə malik olan sosial şəbəkə "Facebook" "WhatsApp" messencerini alıb. Şirkət rəhbərliyi bunun üçün 19 milyard dollar verib. 

Hazırda "WhatsApp" istifadəçilərinin sayı bir milyardı keçib.

Qeyd edək ki, ""WhatsApp" 2009-cu ildə "Yahoo" əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqramı smartfonların əsas əməliyyat sisteminə yükləmək olur.
 
Azvision.az\\

Paylaş:


Müəllif : Baxış :
105032
Tarix:
11-05-2016, 16:08
  






loading...