"Facebook"dan yenilik » Qaynar xəbərlərin tək ünvanı

» » » "Facebook"dan yenilik

"Facebook"dan yenilik


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Facebook"dan  yenilik"Facebook” da yeni dövr başlayır. Anspress-in məlumatına görə, yaxın günlərdə sosial şəbəkədə "öz-özünü təmizləyən” mesaj dövrünə start veriləcək. Bundan sonra istifadəçilər göndərdikləri mesajların bir müddət sonra silinməsini təmin edə biləcəklər.

Son zamanlar sosial şəbəkələrin və mesajlaşma proqramlarının istifadəçi gizliliyinə, təhlükəsizliyinə xüsusi önəm verdiyininin şahidi oluruq. "Facebook”un sahib olduğu "WhatsApp”ın təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra indi də sosial şəbəkə bu addımı atıb.

Şirkətdən verilən məlumata görə, tezliklə istifadəyə veriləcək yeni tətbiq sayəsində istifadəçilərin yazdığı mesajlar bir müddət sonra onların istəyindən aslı olaraq silinəcək. Belə ki, proqram istifadəçiləri mesajların silinməsi üçün gün, ay, il seçə biləcəklər. 

Mesajlarının silinməməsini istəməyən insanlar bu funksiyadan istifadə etməyə bilər. Bununla bərabər "Facebook” mesencerin "gizli söhbət” tətbiqini də istifadəyə verməsi gözlənilir. Hələki  iOs sistemlərdə mövcud olan bu yenilik tezliklə Androidlərdə də tətbiq ediləcək.

Ötən ay "WhatsApp”  göndərilən bütün mesajları, şəkilləri, səs yazmaları şifrələyib. Belə ki, göndərdiyiniz ismarışlar heç bir üçüncü şəxs tərəfindən sındırıla bilməyəcək. Hətta şirkətin özü belə göndərdiyiniz mesajları görmək imkanlarına sahib olmayacaq.

Paylaş:


Müəllif : Baxış :
67332
Tarix:
2-05-2016, 15:48
  


loading...