"Google" 7 milyard dollar cərimələnə bilər » Qaynar xəbərlərin tək ünvanı

» » » "Google" 7 milyard dollar cərimələnə bilər

"Google" 7 milyard dollar cərimələnə bilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Google" 7 milyard dollar cərimələnə bilərDünyanın nəhəng texnologiya şirkəti Google 7 milyard dollar həcmində cərimə oluna bilər.

Avropa Antiinhisar xidmətinin rəhbəri Marqrete Vestaqerin Google-un smartfon istehsalçıları və rabitə operatorları ilə əldə etdiyi razılaşmalarının araşdırıldığı haqda bəyanat verib. Araşdırmalara səbəb Google-un Android əməliyyat sisteminin (ƏS) təbliğatı və inkişafı istiqamətində imkanlarından sui-istifadə etməsi olub.

"Bizi Google-un istehsalçılardan və operatorlardan məhz onun tətbiqləri quraşdırmağı tələb etməsi narahat edir. Şirkət bununla onlara seçim imkanı qoymur və istifadəçiləri yeni tətbiqlərdən məhrum edir. Ona görə biz Google-un Android ƏS-i istifadə edən bütün operator və istehsalçılarla olan müqavilələrinə yenidən baxacağıq”, – deyə Vestaqer bildirib.

Əgər Avropa İttifaqının komissiyası qanun pozuntularını sübut edə bilsə, Google 2015-ci ilin gəlirlərinin 10%-i və ya 7,4 milyard dollar məbləğində cərimə ödəməli olacaq.

Google şirkəti 1998-ci ildə Sergey Brin və Larri Peyc tərəfindən yaradılıb. Şirkətin adı eyniadlı axtarış sistemindən götürülüb.

anspress

Paylaş:


Müəllif : Baxış :
35232
Tarix:
18-04-2016, 19:07
  


loading...