Oyun həvəskarları internetdə diqqətli olun - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Oyun həvəskarları internetdə diqqətli olun - VİDEO

Oyun həvəskarları internetdə diqqətli olun - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Oyun həvəskarları internetdə diqqətli olun - VİDEOSon dövrlər internetdə müxtəlif pullu oyunlar artıb.

Son dövrlər internetdə müxtəlif pullu oyunlar artıb. İstifadəçilər həmin oyunları yükləyən zaman təbii ki, müəyyən ödəniş tələb edilir. Ödəniş etmək üçün kartın üzərində məlumatları bilmək kifayətdir. Bu isə o anlama gəlir ki, sizin xəbəriniz olmadan kimsə həmin məlumatlardan istifadə edib onlayn formada hesabınızdan pul çıxara bilər.

İnternet vasitəsi ile pullu oyun oynadyıb nəticədə oyundan qeydiyyatdan keçən zaman istifadə etdiyi anasının maaş kartından istifadə etdiyi üçün hesabından 700 manat pul çıxılıb.

Son dövrlər pullu oyunların, eləcə də onlayn ödəmələrin genişləndiyini nəzərə alsaq bu kartların təhlükəsizliyini gündəmə gətirir.

Ekspertin sözlərinə görə, belə vəziyyətlə üzləşməmək üçün ilk növbədə kartı ətrafdakılardan gizli saxlamaq lazımdır. Təhlükəsizliyin təmin olunması baxımından kartın onlayn ödəmə sistemi ilə bağlı müəyyən addımlar atmaq olar.

Bundan əlavə bankların tətbiq etdiyi 3d təhlükəsizlik sistemindən bəhrələnmək olar. Bu sistemin üstünlüyü odur ki, kart kimin adınadırsa ödəmə edilən zaman həmin şəxsin mobil nömrəsinə xüsusi pinkod-şifrə göndərilir.

xəzərxəbər
 


Paylaş:


Müəllif : Baxış :
28332
Tarix:
30-03-2016, 17:56
  






loading...