Eşitmə qüsurlu insanlar üçün yeni xidmət » Qaynar xəbərlərin tək ünvanı

» » » Eşitmə qüsurlu insanlar üçün yeni xidmət

Eşitmə qüsurlu insanlar üçün yeni xidmət


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Eşitmə qüsurlu insanlar üçün yeni xidmətAvstraliyanın eşitmə qüsurlu insanlar üçün milli "National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb.
Aymobi.com Trend-ə istinadən xəbər verir ki, eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompüterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.

Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyi ilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.

Qeyd edək ki, Avstraliyada "National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə videotərcüməni təklif edir.

Paylaş:


Müəllif : Baxış :
26732
Tarix:
28-03-2016, 17:52
  






loading...