İPhone SE təqdim olundu - Qiyməti açıqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » » İPhone SE təqdim olundu - Qiyməti açıqlandı

İPhone SE təqdim olundu - Qiyməti açıqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş İPhone SE təqdim olundu - Qiyməti açıqlandı Bu gün Apple yeni məhsullarını təqdim edib. 

Xeberler.az-ın məlumatına görə, Apple yeni telefon modeli olan iPhone SE-ni bu gün tədbirdə təqdim edib. 4 düymlük ekrana sahib iPhone SE öz ölçüsündə ən güclü ağıllı telefon olaraq təqdim edilir.

Telefonun kamera xüsusiyyətləri isə daha çox diqqət çəkir. Cihaz Retina ön kamera flaşına, səsli Siri əmrlərinə, Apple Pay dəstəyinə, 4K video çəkmə xüsusiyyətinə, 12 meqapiksel arxa kameraya sahibdir və daha uzun ömürlü batareya ilə təchiz olunub.

Telefonu iPhone 5S modelindən fərqləndirən daha bir cəhət isə 4 rəngdə təqdim olunmasıdır. Yeni əlavə olunan rəng isə "Rose Gold"(çəhrayı qızılı) rəngdir.

İPhone SE martın 31-dən satışda olacaq. İPhone SE-nin qiyməti isə belə dəyişir:  16GB-lıq model 399 dollar, 64GB-lıq model 499 dollar, 128GB-lıq model 599 dollar.

Qeyd edək ki, ayın sonunda yeni telefon modeli 110 ölkəyə təqdim ediləcək.

Paylaş:


Müəllif : Baxış :
31832
Tarix:
22-03-2016, 05:17
  






loading...