Robotlar yüzlərlə bank işçisini işsiz qoyacaq » Qaynar xəbərlərin tək ünvanı

» » » Robotlar yüzlərlə bank işçisini işsiz qoyacaq

Robotlar yüzlərlə bank işçisini işsiz qoyacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Robotlar yüzlərlə bank işçisini işsiz qoyacaqBirləşmiş Krallığın Şotlandiya Kral Bankı xərclərini azaltmaq üçün 550 əməkdaşını robotlarla əvəz etməyi planlaşdırır. 

2008-ci ildəki qlobal iqtisadi böhrana görə bank çətin maliyyə durumuna düşüb. Hökumət banka kapital yatırıb. Çünki təşkilatın məhv olması bütün ölkənin maliyyə sisteminin dağılmasına səbəb ola bilərdi.

Bankda bildirirlər ki, müştərilər məsləhətçilərlə işləmək marağında deyillər. Bu gün şotlandlar daha müasir texnologiyalara müraciət etməyə və kredit təşkilatları ilə rəqəmsal formatda qarşılıqlı əməkdaşlıq etməyə maraqlıdırlar.
 
Bankın 550 əməkdaşını əvəz edəcək robotlar hesabına 500-dən 250 min funta qədər depozit yatırmaq niyyətində olan müştərilərlə çalışacaqlar. Təbii ki, daha böyük məbləğdə investisiya yatırmaq istəyən müştərilərə yenə də daha peşəkar mütəxəssislər xidmət göstərəcəklər.
 
Müştərilər üçün xüsusi anket də işlənib hazırlanacaq. Cavabları təhlil etdikdə, robot bankın işlədiyi depozit proqramları üzrə məsləhətlər verə biləcək.

lent.az

Paylaş:


Müəllif : Baxış :
36732
Tarix:
16-03-2016, 16:31
  


loading...