"Facebook" mobil operatorlara növbəti zərbə hazırlayır » Qaynar xəbərlərin tək ünvanı

» » » "Facebook" mobil operatorlara növbəti zərbə hazırlayır

"Facebook" mobil operatorlara növbəti zərbə hazırlayır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş "Facebook" mobil operatorlara növbəti zərbə hazırlayır"Facebook” korporasiyası şəxsi messencerdən SMS qəbul etmək və göndərmək funksiyasını sınaqdan keçirir.

İKT.lent.az-ın məlumatına görə, bu barədə "Techcrunch” portalı şirkət nümayəndələrinə istinadən xəbər verib.

Yeni funksiya istifadəçilərə smartfonun özünün SMS qəbulu, oxunması və göndərilməsi üçün əlavəsinin istifadəsindən tam imtina etməyə imkan verəcək. Həmçinin korporasiya bir neçə akkauntun bir avadanlığa inteqrasiyası seçimini sınaqdan keçirir. Belə funksiya bir cihaz istifadə edən bir neçə istifadəçi üçün faydalı ola bilər.

Yanvarda isə "Facebook”un messencer bölməsinin rəhbəri Devid Markus messencerlərin inkişafı fonunda telefon nömrələrinin "öləcəyini” bildirib.

"2016-cı il telefon nömrələrinin real olaraq ölmə əlamətlərinin aşkar olunacağı il olacaq. Bu da "Facebook” messencerinin qismən yayılması ilə bağlı olacaq”, - deyə Markus özünün sosial şəbəkədəki səhifəsində yazıb

Paylaş:


Müəllif : Baxış :
26632
Tarix:
15-02-2016, 10:42
  


loading...