"WhatsApp"da daha bir yenilik » Qaynar xəbərlərin tək ünvanı

» » » "WhatsApp"da daha bir yenilik

"WhatsApp"da daha bir yenilik


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
İndi istifadəçilər siyahıda olanların onlayn olduğu vaxtları asanlıqla öyrənə biləcək.
 

"WhatsApp"da daha bir yenilik

 

Sürətli mesajlaşma proqramı olan "WhatsApp" istifadəçiləri üçün hazırlanan daha bir proqram istifadəyə verilib. ANS PRESS-in məlumatına görə, daha təkmilləşdirilmiş proqram "WhatsStats" vasitəsi ilə artıq siyahınızda olan insanların onlayn olduğu vaxtları asanlıqla öyrənə biləcəksiniz.


Ötən il sürətlə populyarlaşan, "WhatsApp" üçün hazırlanan ilk proqram "WhatsDog" "stalk” izləmə proqramı bir çox şəxs tərəfindən yüklənərək tətbiq edilməyə başlayıb. Sizə maraqlı olan şəxsin onlayn olduğu zamanları öyrəndiyiniz bu proqram artıq Google Play Store da mövcud deyil. Son günlər isə bu proqramı əvəz edən "WhatsStats" sürətlə populyarlaşmağa başlayıb.

 

 

"WhatsApp"da daha bir yenilik

 


 "WhatsStats" proqramı

 


Hazırlanmış proqramın istifadəçilərə verdiyi imkanlar həddindən artıq genişdir. Belə ki, izlədiyiniz, sizə maraqlı olan insanın hansı zamanlarda onlayn olduğunu, gün ərzində daha sıx xətdə olduğu vaxtları, onun status paylaşımlarını, profil fotosu keçmişinə qədər hər şeydən xəbərdar olmağınızı təmin edəcək. Bunun mümkün olması üçün həmin şəxsin status və profili hər kəsə açıq olmalıdır.

Bu proqram yalnız "Android" sistem üçün nəzərdə tutulub.

 

 

"WhatsApp"da daha bir yenilik

 


 Cen Koum və Brayan Akton proqramın yaradıcıları

 

"WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara,, Kaliforniya ştatında yerləşir.

Qısa müddət öncə bu sistem "Facebook" tərəfindən satın alınıb.


Paylaş:


Müəllif : Baxış :
83032
Tarix:
5-02-2016, 10:34
  


loading...