Uşaqlarınızın smartfonda məşğuliyyətlərini izləmək üçün 8 proqram » Qaynar xəbərlərin tək ünvanı

» » » Uşaqlarınızın smartfonda məşğuliyyətlərini izləmək üçün 8 proqram

Uşaqlarınızın smartfonda məşğuliyyətlərini izləmək üçün 8 proqram


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Uşaqlarınızın smartfonda məşğuliyyətlərini izləmək üçün 8 proqramBu günlərdə uşaqları texniki vasitələrdən və ümumiyyətlə internetdən tamamilə uzaq tutmaq mümkün deyil. Valideyn olmaq kifayət qədər çətin işdir, amma uşaqların həyatından texnologiyanı tamamilə çıxarmaq da işə yaramaz.

Amma bu yazı sizin uşaqlarınızın xüsusilə Android sistemində öz texniki qurğuları ilə həyata keçirə biləcəkləri işlərə daha çox nəzarət edə bilmənizə kömək edə bilər.

Google Play Store-da Apple AppStore-dan fərqli olaraq daha sərt məhdudiyyətlər var, odur ki, əgər uşağınızda Android qurğusu varsa (və ya sizin qurğulardan istifadə etmək imkanları varsa) , o zaman siz bu "valideyn” proqramlarından bəzilərini öz qurğunuza yerləşdirməklə uşaqlarınızın online məşğuliyyətlərini izləyə bilərsiniz. Bu, sizə onların hansı saytlara daxil olduqlarını, onların mesajlarını və ya zənglərini, yükləmələrini, yerlərini və internetdə nə qədər zaman keçirmələrini öyrənməyə imkan verir.

1Kids Place – Valideyn Nəzarəti Proqramı

"Kids Place” əhatəli valideyn nəzarəti proqramıdır. Onun bəzi əlverişli cəhətlərinə yalnız bəyənilən proqramların ekrana çıxmasına imkan verməsi, uşaqlarınızın gələcəkdə yeni proqramlar yükləməsi və ya almasını əngəlləmək bacarığı, o cümlədən smartfondan istifadəni təyin etmək üçün zaman funksiyasının olması daxildir.
Bunlardan əlavə, daxil olan zəngləri əngəlləmək və bütün radio siqnalları qurğunuzda qadağan etmək də mümkündür. Siz proqramı yükləyəndə və ondan ilk dəfə istifadə edəndə təhlükəsizlik məqsədləri üçün ilk öncə PİN kod qoymalısız.

2KuuKla – Valideyn Nəzarəti proqramı

Kuukla Valideyn Nəzarəti Proqramı sizə Android qurğunuzu uşağınıza uyğun bir proqrama bağlamaqda sizə yardım edəcək. Bu sizə digər bütün proqramlara daxil olmağa qadağa qoymaqla yalnız ekranda olan proqramlardan istifadə etmək imkanı verir. O, həmçinin sizə proqramlardan istifadə üçün cədvəl təyin etməyə və smartfonda internetdən istifadəyə imkan verir.
Bu proqramı yüklədiyiniz zaman və elektron ünvanınızı qeydiyyatdan keçirdiyiniz zaman PİN kod sizin e-mail ünvanınıza göndəriləcək ki, bununla yalnız siz özünüz qurğunuza nəzarət edə bilərsiniz.

3Abeona – Valideyn Nəzarəti & Qurğu Monitoru Proqramı
 
Abeona proqramı əslində Qurğu Monitoru adlı tamamlayıcı proqramla birgə gəlir. Bu Proqram valideynlərə imkan verir ki, uşaqlarının mobil telefon proqramlarından istifadəsini izləsin, zənglərin jurnalını göstərsin və uşağın internetdə online və ya offline olmasını yoxlasın.

Qurğu Monitoru proqramı uşaqların qurğusunda valideynlərin qurğu haqqında məlumat alması və onun yerini təyin etməsi məqsədilə yerləşdirilməlidir. Əgər sizə Android smartfonlarınız və ya tabletlərinizin hamısından eyni anda məlumat almaq lazımdırsa, bu proqram çoxsaylı qurğularda istifadə etmək üçün də mükəmməldir.

4SecureTeen – Valideyn Nəzarəti Proqramı

Siz yeniyetmə övladınızın pornoqrafik və uyğun olmayan saytların təsirinə düşəcəyindən narahatsız? Bu cür saytların hamısı olmasa da, əksəri üçün filtrləmə bacarığına malik bu proqramdan istifadə etməyə çalışın. SecureTeen sizə uşaqların online məşğuliyyətlərini, yükləmələrini və yerləşmələrini təyin etməyə imkan verir.

Əgər siz uşağınızın öz telefonunda quraşdırdığı proqramı bəyənmirsizsə, SecureTeen sizə onu bağlamaq imkanı verəcək. SecureTeen proqramını onlayn şəkildə bu sayta daxil olaraq idarə edə bilərsiniz. 


5Screen Time – Valideyn Nəzarəti Proqramı
 
Adından da məlum olduğu kimi, Screen Time uşağınızın nə qədər "ekran vaxtı” əldə etdiyini göstərən köməkçi proqramdır. Onun əsas xüsusiyyətlərindən biri, vaxta əsasən müxtəlif proqramları bloklamaqdır.
Məsələn, siz yatmaq vaxtında yalnız oyunları bloklaya, lakin oxuma proqramlarına icazə verə bilərsiniz, daha sonra işıqları söndürüb tam yatmalı olduğu zaman isə bütün proqramları bloklaya bilərsiniz. Screen Time həmçinin sizə imkan verir ki, uşaqlarınız üçün proqramlardan istifadəyə gündəlik zaman məhdudiyyəti təyin edəsiniz.

6Kids Zone – Valideyn Nəzarəti Proqramı

Kids Zone başqa bir mühüm valideyn nəzarəti proqramıdır. Ev rejimi sizə imkan verir ki, siz uşaqlarınızın nə zaman smartfondan istifadə edə biləcəyini təyin edəsiniz.
Proqramın digər nəzərə çarpacaq xüsusiyyətlərinə qurğunu "restart”dan sonra qurğunu avtomatik "kilidləmək”, telefon zənglərini, o cümlədən mətn mesajlarını və internetə girişi, proqram quraşdırmalarını və onların alışını qadağan etmək və s. daxildir.


7Parental Control Board – Valideyn Nəzarəti Proqramı
 
Bu proqram uşağın mobil telefondakı işlərini izləməyə və idarə etməyə kömək edir. O, mobil telefona quraşdırılmış bütün proqramların hamısını izləyə bilir və hətta əgər ehtiyac varsa, YouTube və ya Google Play kimi bəzi proqramlara məhdudiyyət də qoya bilərsiniz. Siz həm də istənilən zaman uşağınızın yerini öyrənə, zəng jurnalını və SMS-lərini izləyə bilərsiniz.
Bu proqramın imkan veridyi digər bir funksiya isə odur ki, siz daxil olan və ya xaric olan zənglər üçün qara və ağ siyahı yarada bilərsiniz.


8Norton Family – Valideyn Nəzarəti Proqramı
 
Bu proqram sizə uşağınızın baş çəkdiyi saytları görməyə imkan verir. Bununla siz pornoqrafik və uyğun olmayan saytlara qadağa qoya bilərsiz və elektron xəbərdarlıq quraşdıra bilərsiz ki, uşağınız sizin qadağa qoyduğunuz saytlara daxil olmaq istədikdə sizə bildiriş gəlsin.

Bir az pul xərcləyərək siz uşaqlarınızın mesaj jurnalını, yüklədikləri proqramları izləmək, hətta müxtlif proqramlar arasından bəzilərini əngəlləmək üçün bu proqramın Premium versiyasını əldə edə bilərsiniz.

(gencmuslim.net)

Paylaş:


Müəllif : Baxış :
33332
Tarix:
25-01-2016, 17:58
  






loading...