"Apple" geridə qaldı » Qaynar xəbərlərin tək ünvanı

» » » "Apple" geridə qaldı

"Apple" geridə qaldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
"Google” dünyanın ən varlı şirkəti adını "Apple”-dan aldı. ANS PRESS-in məlumatına görə, əvvəllər "Google” kimi tanınan "Alphabet” şirkəti 420 milyard dollar bazar dəyəri ilə dünyanın ən varlı şirkəti seçilib.

 


Uzun müddətdir ki, "Apple” şirkəti 393 milyard dollarlıq maliyyə bazası ilə pillədə ilk yer tutmasına baxmayaraq, hazırda geriləyərək ikinci yerdə qərarlaşıb.

Ancaq "Apple” 535 milyard dollarlıq gəlir göstəriciləri ilə "Alphabet”in 485 milyard dollarlıq göstəricilərinə qarşı bazar kapitallaşmasını qoruyub saxlaya bilib. Analitiklərin fikrincə, "Apple” səhmlərinin qiyməti artmaqda davam edəcək.

Lakin "iPhone” satış qabiliyyətinin aşağı düşməsi "Apple" analitiklərini narahat etməyə başlayıb. Bununla bərabər "Nokia” və "BlackBerry” markalarının da satış həcminin azalması fonunda "Apple” səhmlərinin qiyməti 85 dollara qədər enə bilər.
 

"Apple" geridə qaldı

 

Sonuncu dəfə 2014-cü ilin fevralında bazar kapitallaşmasını gücləndirən "Google” tarixində ilk dəfə olaraq dünyanın ən iri korporasiyaları siyahısında ikinci pillədə qərarlaşıb. 

"Alphabet” şirkəti Kaliforniyada 2015-ci ilin avqustun 10-da "Google”un yaradıcıları tərəfindən qurulub. Bununla da axtarış sistemi olan "Google” da adıçəkilən şirkətin tərkibinə daxil edilib.
 


Paylaş:


Müəllif : Baxış :
36432
Tarix:
25-01-2016, 10:08
  






loading...