“WhatsApp”a yeni funksiyalar gəldi » Qaynar xəbərlərin tək ünvanı

» » » “WhatsApp”a yeni funksiyalar gəldi

“WhatsApp”a yeni funksiyalar gəldi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“WhatsApp”a yeni funksiyalar gəldi

 AyMobi.Com Technote-yə istinadən xəbər verir ki, yeni funksiyaların arasında filtrlər var.


Bundan sonra "WhatsApp”da fotoları filtr köməkliyi ilə redaktə etmək mümkün olacaq. Həmin filtrlər istifadə uğursuz işıqlanmaya sahib fotoların daha yaxşı şəkildə görünməsinə yardımçı olacaq.


İkinci yeni funksiya isə "Sürətli cavablar” adlanır. Bu funksiya sayəsində istifadəçilər çox rahat şəkildə qrup çatlarda iştirak edə biləcəklər. Belə ki, ümumi çatda konkret bir ismarıca cavab vermək mümkün olacaq. Bunun üçün sadəcə olaraq konkret ismarıca klik etmək lazımdır. Beləliklə, qrup çatında iştirak edən digər istifadəçilər hansısa ismarıcın kimə ünvanlanmasında problem yaşamayacaqlar.


Sonuncu yenilik isə "WhatsApp” vasitəsilə çoxlu fotolar əldə edən insanlar üçün nəzərdə tutulub. Belə ki, hansısa şəxs tərəfindən qəbul olunmuş bütün fotolar xüsusi albomda yığılacaq.


Qeyd etmək lazımdır ki, bu yeni funksiyalar hələlik yalnız iOS istifadəçiləri üçün nəzərdə tutulub. Lakin, "Facebook”un verdiyi məlumata əsasən yaxın zamanda bu funksiyalar Android istifadəçiləri üçün də aktiv olacaq.

 

“WhatsApp”a yeni funksiyalar gəldi

 



Paylaş:


Müəllif : Baxış :
95132
Tarix:
9-06-2017, 08:43
  






loading...