Bazarda hər beşinci smartfon saxtadır » Qaynar xəbərlərin tək ünvanı

» » » Bazarda hər beşinci smartfon saxtadır

Bazarda hər beşinci smartfon saxtadır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bazarda hər beşinci smartfon saxtadır

 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.


Təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1 faizi saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5 faiz, telefonların payı 25 faiz təşkil edir.   


Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25 faizi saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir.

Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5 faiz təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15 faiz, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8 faiz, idarəetmə pultlarının isə 6 faiz təşkil edir.

 

Lent.az\\


Paylaş:


Müəllif : Baxış :
32732
Tarix:
29-03-2017, 16:17
  






loading...