Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu » Qaynar xəbərlərin tək ünvanı

» » » Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu

Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu

 "Facebook”, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş tətbiqinə yenilənməni təqdim etdi.


Yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir. Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən Stories bölməsi və Direct adlı şəxsi söhbətlər bölməsi. Təkmilləşdirilmiş kamera funksiyası, foto və videoya tətbiq olunan bir çox effektlər, maskalar, çərçivələr və interaktiv filtləri özündə birləşdirir. Snapchat, Instagram, Facebook Messenger və WhatsApp-da olan Stories bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq. Direct funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər. Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra, sözügedən kontent artıq Direct bölməsində görünməyəcək.


technote.az


Paylaş:


Müəllif : Baxış :
65532
Tarix:
29-03-2017, 16:12
  


loading...