Bu proqram ilə valideynlər uşaqlarının smartfonlarına nəzarət edə bilər » Qaynar xəbərlərin tək ünvanı

» » » Bu proqram ilə valideynlər uşaqlarının smartfonlarına nəzarət edə bilər

Bu proqram ilə valideynlər uşaqlarının smartfonlarına nəzarət edə bilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bu proqram ilə valideynlər uşaqlarının smartfonlarına nəzarət edə bilər

 Google şirkətinin rəsmi bloq səhifəsində Family Link adlı xüsusi servis haqqında məlumat dərc olunub. Bu xidmət valideynlərə uşaqlarının smartfonlarını izləməyə imkan verəcək. Belə ki sözügedən servis vasitəsi ilə övladın internetdə keçirdiyi vaxta nəzarət etmək, uşağın daha çox üstünlük verdiyi, tez tez istifadə etdiyi proqramların siyahısını görmək, onun aktivliyini izləmək mümkün olacaq.


Family Link servisinin daha bir maraqlı funksiyası Google Play Marketdən müəyyən proqramların yüklənməsinə məhdudiyyət qoyulmasınını imkanıdır. Yəni bundan sonra uşaq Play Marketdən hər hansı bir proqramı yükləmək istəyəndə buna valideynin elektron razılığını almalı olacaq. Bundan əlavə Family Link tətbiqetməsi valideynə günün müəyyən vaxtında, məsələn gecə vaxtı uşağın smartfonunun əsas funksiyalarına məhdudiyyət qoymağa imkan verəcək.


Family Link hələ ki sınaq mərhələsindədir, onu yalnız ABŞ ərazisindən əldə etmək olar, smartfonda Android 7.0 Nougat versiyası olmalıdır. İOS üçün versiya hələ hazırlanmayıb.


texnogid.com


Paylaş:


Müəllif : Baxış :
40032
Tarix:
24-03-2017, 23:51
  






loading...