“WhatsApp”ın yeni funksiyası » Qaynar xəbərlərin tək ünvanı

» » » “WhatsApp”ın yeni funksiyası

“WhatsApp”ın yeni funksiyası


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 “WhatsApp”ın yeni funksiyası

 "WhatsApp” mesencerində özü silinən ismarıclar funksiyası işə düşüb, bu funksiya kontaktın adının yanında olan statusları əvəz edəcək. 


Bu barədə "The Verge” yazır. 


Yeni funksiya foto və video paylaşmağa imkan verir, bu foto və videoları mətn, şəkil və smayliklər ilə bəzəmək mümkündür. Yazı Status bölməsində görünür, istifadəçinin dostları bu yazını 24 saat ərzində görə bilərlər.  


Bununla yanaşı, "WhatsApp”da yeni özü silinən ismarıclar funksiyasının özəllikləri mövcuddur, belə ki, istifadəçi dostlardan kimin bu statusu görə biləcəyini seçə bilər.   


Artıq yaxın günlərdə yeni funksiya "Android”, "iOS” və "Windows Phone” platformalarında işə düşəcək.


Öz mesencerində "Snapchat”ın ən populyar funksiyalarından birini 1,2 milyardlıq auditoriya ilə realizə edən "Facebook Inc.” şirkəti "Snap Inc.”-i biznesi genişləndirmək üçün yeni yollar axtarmağa məcbur edir. "WhatsApp”ın yeniliyi "Snapchat”ın inkişafını ciddi şəkildə mane olacaq. 


Oxu.Az 


Paylaş:


Müəllif : Baxış :
143732
Tarix:
21-02-2017, 12:43
  






loading...