Instagramda Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu » Qaynar xəbərlərin tək ünvanı

» » » Instagramda Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu

Instagramda Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Instagramda Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu

 Artıq bir müddətdir Instagramda canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi.


Bugündən etibarən Azərbaycanlı istifadəçilər də Instagramda canlı yayımlar verə biləcəklər. Bunun üçün istifadəçilər ən son Instagram yenilənməsini yükləməli və stories bölməsindən canlı yayım verməlidirlər.


Canlı yayımlar hekayələr bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda kəşf et bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz. 


Yeni xüsusiyyət, eynilə Storiesdə edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir "Live/Canlı” ifadəsi yer alır.


technote.az


Paylaş:


Müəllif : Baxış :
23832
Tarix:
25-01-2017, 01:30
  






loading...